Baş Prokurorluq Rusiyada üç Polşa təşkilatını qadağan edib...

22 Dekabr 2025 18:34 (UTC+04:00)

...Rusiya Federasiyası Polşa hökuməti, Avropa Şurası və NATO strukturlarının himayəsi altında fəaliyyət göstərən üç Polşa təşkilatının fəaliyyətini qadağan edib.

SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti bildirib.

Baş Prokurorluğun açıqlamasına görə, araşdırmalar nəticəsində məlum olub ki, Polşa hökumət qurumlarının, Avropa Şurasının və NATO bölmələrinin himayəsi altında fəaliyyət göstərən Kasimir Pulaski Fondu, Volnosc i Demokracja Fondu və Stefan Batorqo Fondu Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdürlər.

Agentliyin açıqlamasında qeyd olunur ki, bu təşkilatlar Rusiyaya hərbi və iqtisadi təzyiq göstərmək, informasiya kampaniyaları başlatmaq, sanksiyaları sərtləşdirmək və Ukraynanı dəstəkləmək məqsədi daşıyan strategiyalar hazırlayırlar.

Baş Prokurorluğun məlumatına görə, eyni təşkilatlar İkinci Dünya Müharibəsi ilə bağlı tarixi faktları sistematik şəkildə təhrif edir və Sovet İttifaqının müharibədən sonrakı Avropa strukturundakı rolunu kiçildirlər.

Daha əvvəl Polşa hakimiyyətinin son Rusiya Baş Konsulluğunu bağladığı bildirilirdi.

Qərar, Mazovetski voyevodalığında polisin Ukraynaya mal daşınması üçün istifadə edilən dəmir yolu xəttinə dəyən ziyanla bağlı verdiyi məlumat əsasında qəbul edilib.

Əli Babayev