Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, H.Əliyev prospektində “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.
SİA xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Vip Line” və ”Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.