Ukrayna Silahlı Qüvvələri Enerqodara hücum edib

22 Dekabr 2025 18:14 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri Zaporojye bölgəsindəki Enerqodar şəhərinə, xüsusən də əsas Luç yarımstansiyasına hücum edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə şəhər meri Maksim Puxov özünün Telegram kanalında bildirib.

...Ukrayna silahlı qüvvələri şəhərin vacib infrastrukturunu atəşə tutur. Əsas həyat təminatı obyekti olan Luç yarımstansiyası hədəfə alınır, - deyə rəsmi bildirib.

Ukrayna dronları və artilleriyasından istifadə edərək şəhərə bir neçə dəfə hücum cəhdi bildirilib.

Puxov qeyd edib ki, "daha çox zərbə təhlükəsi yüksək olaraq qalır".

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin dronunun Kursk bölgəsindəki enerji obyektinə zərbə endirdiyi bildirilirdi. Vilayət qubernatoru Aleksandr Xinşteynin sözlərinə görə, təxminən 5000 sakin elektriksiz qalıb.

Və daha sonra elektrik enerjisi tam bərpa edilib.

Əli Babayev