Müasir dövlətçilik, güclü liderlik və tarixi nailiyyətlər - MƏQALƏ

22 Dekabr 2025 17:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafmərhələsinin əsas sütunlarını təşkil edir. Onun rəhbərliyidövründə Azərbaycan güclü, müstəqil, beynəlxalq aləmdəsöz sahibi olan, milli maraqlarını qətiyyətlə qoruyan birdövlətə çevrilmişdir. Cənab İlham Əliyevin siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin uğurluvə çevik davamı olmaqla yanaşı, müasir çağırışlara uyğunyenilikçi idarəetmə modeli ilə fərqlənir. Prezident İlhamƏliyev siyasi fəaliyyətində Ulu Öndər Heydər Əliyevindövlətçilik fəlsəfəsini əsas götürərək, milli maraqları hərzaman prioritet hesab etmişdir. Bu siyasətin mərkəzindəgüclü dövlət, sabit cəmiyyət və rifahlı xalq prinsipləridayanır. Onun liderliyi ilə Azərbaycan daxili sabitliyiniqoruyub saxlamış, bütün sahələrdə sistemli islahatlarhəyata keçirmişdir.​Cənab İlham Əliyevin rəhbərliyidövründə ölkədə genişmiqyaslı sosial-iqtisadi islahatlaraparılmışdır. Regional inkişaf proqramları, infrastrukturlayihələri, yeni yolların, məktəblərin, xəstəxanaların vəsənaye parklarının inşası əhalinin həyat səviyyəsininyüksəlməsinə mühüm töhfə vermişdir. Dövlət idarəçiliyindərəqəmsallaşma, şəffaflıq və çeviklik prinsipləri tətbiqolunaraq müasir idarəetmə modeli formalaşdırılmışdır. Prezident İlham Əliyevin uğurlu enerji siyasətiAzərbaycanın regional və qlobal enerji təhlükəsizliyindəmühüm rolunu təmin etmişdir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanınetibarlı tərəfdaş imicini gücləndirmiş, ölkəyə böyük iqtisadivə siyasi dividendlər qazandırmışdır. Bu layihələr təkcəiqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Cənabİlham Əliyevin balanslaşdırılmış və praqmatik xaricisiyasəti Azərbaycanın beynəlxalq arenadakı mövqelərinimöhkəmləndirmişdir. Azərbaycan bir çox beynəlxalqtəşkilatlarda fəal iştirak edir, çoxtərəfli əməkdaşlıqplatformalarında öz sözünü deyir. Dövlət başçısınındiplomatik fəaliyyəti nəticəsində Azərbaycan regiondasülhün, əməkdaşlığın və sabitliyin təşəbbüskarı kimitanınır.​Prezident İlham Əliyevin adı Azərbaycantarixində ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali BaşKomandan kimi qızıl hərflərlə yazılmışdır. Onun qətiyyətlisiyasi iradəsi, güclü ordu quruculuğu və milli birliyi təminedən liderliyi nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Bu tarixi nailiyyət xalqın Prezidentə olaninamının və birliyinin parlaqtəzahürüdür.​​​​​​​​​Cənab İlham Əliyevin siyasətində insan amili əsas yertutur. Sosial rifahın artırılması, şəhid ailələri və qazilərəgöstərilən dövlət qayğısı, mütəmadi olaraq imzalanan əfvvə amnistiya sərəncamları Prezidentin humanist vəədalətli siyasətinin göstəricisidir. Bu yanaşma cəmiyyətdədövlətə olan etimadı daha da möhkəmləndirir.​​Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin fəaliyyəti güclü liderlik, uzaqgörən strategiya vəmilli maraqlara sadiqlik nümunəsidir. Onun rəhbərliyi iləAzərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir, güclü və qalib dövlət kimi tarixə imza atmışdır. Bu fəaliyyət təkcə bu günün deyil, gələcək nəsillərin dərifahını təmin edən möhkəm təməl üzərində qurulmuşdur.

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri.