Çin Rusiya qızılını alır...

22 Dekabr 2025 18:55 (UTC+04:00)

...2025-ci ilin noyabr ayında Çin Rusiyadan rekord həddə - 961 milyon dollar dəyərində qızıl alıb ki, bu da qiymətli metalla ikitərəfli ticarət tarixində ən böyük əməliyyatdır.

SİA xəbər verir ki, RİA Novosti bu barədə Çin gömrük məlumatlarına istinadən məlumat yayıb.

Ardıcıl ikinci aydır ki, yüksək təchizat həcmləri qeydə alınıb: oktyabr ayında Rusiyanın Çinə qızıl ixracı 930 milyon dollar dəyərində olub.

Təkcə ilin ilk 11 ayında Çin 1,9 milyard dollar dəyərində Rusiya qızılı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən doqquz dəfə çoxdur.

Həmin dövrdə təchizat ya yox idi, ya da 223 milyon dolları keçməmişdi.

Alışların kəskin artması Pekinin qızıl ehtiyatlarını artırmaq və dollardan asılılığını azaltmaq üzrə aktiv siyasəti fonunda baş verir.

“Financial Times” qəzetinin noyabrın ortalarında yazdığı kimi, Çin 2025-ci ildə rəsmi statistikada əks olunandan bir neçə dəfə çox qızıl ala bilərdi.

Societe Generale-nin hesablamalarına görə, alış həcmi təxminən 250 tona çata bilərdi - bu, bu il dünya üzrə bütün mərkəzi bank alışlarının üçdə birindən çoxdur.

“Financial Times” qeyd edir ki, bu cür həcmlər ilin əvvəlindən təxminən 55 faiz artan qızıl qiymətlərinin sürətli artımında amil ola bilərdi.

Əli Babayev