İsrail kəşfiyyatı ABŞ-ı xəbərdar etdi...

22 Dekabr 2025 20:54 (UTC+04:00)

...SİA-xəbər verir ki, “Axios”-un İsrail və Amerika mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail rəsmiləri Tramp administrasiyasına İranın raket təlimlərinin İsrailə qarşı yeni bir hücuma hazırlıq ola biləcəyi barədə xəbərdarlıq ediblər.

İsrail mənbələrinə görə, kəşfiyyat məlumatları yalnız İranda qoşun hərəkətlərini qeyd etsə də, İDF 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın hücumundan sonra risk tolerantlığı həddini aşağı salıb.

“Axios”-un mənbələrindən biri bildirib ki, İsrail kəşfiyyatı altı həftə əvvəl İran raket hərəkətlərini aşkar etdikdən sonra narahatlıqlarını ifadə edib.

...İranın hücum ehtimalı 50 faizdən azdır, lakin heç kim bunun sadəcə bir təlim olduğunu deməyə risk etməyə hazır deyil, - deyə İsrail mənbəyi bildirib.

Qeyd edək ki, Amerika kəşfiyyatı hələlik qaçılmaz hücumun heç bir əlamətini görməyib.

Əli Babayev