Rusiya qırıcı təyyarələrinin yeni bir partiyası Belarusa gələcək...

22 Dekabr 2025 20:45 (UTC+04:00)

...2025-ci ilin dekabr ayında Belarus Silahlı Qüvvələri daha bir Su-30SM2 qırıcı təyyarəsi alacaq.

SİA xəbər verir ki, bu barədə STV televiziya kanalında Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Andrey Lukyanoviç bildirib.

Onun sözlərinə görə, bu təyyarələr artıq bu ilin may və avqust aylarında orduya təhvil verilib və yenidən silahlanma davam edir.

...İndi, dekabr ayında daha bir Su-30SM2 alacağıq, - deyə Lukyanoviç qeyd edib.

O, Su-30SM2-nin Su-30SM qırıcısının modernləşdirilmiş versiyası olduğunu vurğulayıb.

Bundan əlavə, komandir xatırladıb ki, 2025-ci ildə Belarus ordusu artıq yeni Tor-M2 zenit-raket sistemləri və Mi-35M hücum helikopterləri alıb.

"Vostok" və "Rosa" radarlarının alınması da davam edir.

Əli Babayev