...Türkiyə, Ankaranın on ildən çox əvvəl əldə etdiyi, lakin heç vaxt istifadəyə verilməmiş S-400 Triumph hava hücumundan müdafiə raket sistemlərinin Rusiyaya qaytarılması ehtimalını müzakirə edir.
Mediada yer alan məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni Türkmənistanda keçirilən görüşdə Putinlə müzakirə edib, lakin hələlik rəsmi təsdiq yoxdur.
SİA xəbər verir ki, bu barədə The National Interest yazır.
S-400-lər Türkiyə ilə NATO müttəfiqləri arasında münasibətlərin soyuduğu bir dövrdə alınıb.
Bu qərarın ciddi nəticələri olub: Ankara ABŞ-ın F-35 beşinci nəsil qırıcı proqramından kənarlaşdırılıb və sanksiyalar tətbiq edilib.
Vaşinqton və NATO Rusiya sistemlərinin F-35 ilə uyğunsuz olduğunu və alyansın texnologiyasına təhlükəsizlik təhdidi yaratdığını bildiriblər.
İki S-400 batareyasının çatdırılmasına baxmayaraq, sistemlər hələ də fəaliyyətsiz qalır. İllər ərzində Türkiyə sistemlərin ABŞ-a köçürülməsi, üçüncü ölkələrə satılması və ya Rusiyaya qaytarılması da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirib.
Bu fonda Ankara getdikcə ABŞ ilə əməkdaşlığı bərpa etmək və əvvəllər təxminən 100 təyyarə almağı planlaşdırdığı F-35 proqramına qayıtmaq istəyini ifadə edir.
Ekspertlər qeyd edirlər ki, S-400-lərdən imtina Türkiyənin NATO və Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq üçün mühüm diplomatik addım ola bilər.
Eyni zamanda, sistemlərin geri qaytarılması Moskva üçün də faydalı ola bilər, çünki onun hava hücumundan müdafiə aktivləri və digər ölkələrə tədarük öhdəlikləri itirilir.
Əli Babayev