Azərbaycan və ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

22 Dekabr 2025 14:25 (UTC+04:00)

Səhiyyə Nazirliyində nazir Teymur Musayev ilə ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirilib, səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Teymur Musayev Vaşinqtonda imzalanmış Azərbaycan və ABŞ hökumətlərarası imzalanmış Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığının yeni strateji mərhələsinin təməlini qoyduğunu bildirib.

Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.

Sonda səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Emi Karlon Prezident İlham Əliyevin tarixi səfərinin və səfər zamanı Azərbaycan və ABŞ hökumətləri arasında imzalandığı Anlaşma Memorandumunun mahiyyətini xüsusən vurğulayıb. Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Emi Karlon bu istiqamətdə ABŞ-nin dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Diplomat, həmçinin ABŞ-nin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.