2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.
SİA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə imzalanıb.