Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğularaq ölüb

22 Dekabr 2025 10:41 (UTC+04:00)

Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.

SİA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Əhmədli qəsəbəsi, Neapol küçəsindəki mənzillərin birində yaşayan 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Amin Yaralıyev dəm qazından zəhərlənərək ölüblər.

Araşdırma aparılır.