...Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volkın Telegram kanalında verdiyi məlumata görə, səkkiz qaraçı qadın mövcud olmayan uşaqlardan istifadə edərək dövləti 237 milyon rubl məbləğində aldadıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, müstəntiqlərin sözlərinə görə, Moskva vilayətinin sakini qadınlara kömək edib. O, Moskvadakı çoxfunksiyalı mərkəzlərlə, Samara və Nijni Novqoroddakı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələri ilə əlaqə saxlayaraq evdə doğuşlarda iştirak etdiyini iddia edib.
Doğulmuş uşaqlar üçün doğum haqqında şəhadətnamələr verilib və yalançı analar sosial müavinət almaq üçün bu sənədlərdən istifadə ediblər. Ümumilikdə, fırıldaqçılar 600-dən çox uşaq "doğub".
Onlara qarşı 89 cinayət işi açılıb.
Fırıldaqçılar qrupu cinayətkar təşkilatın tərkibində törədilmiş saxta ödəniş toplamaqda və sənəd saxtakarlığında ittiham olunur.
Əvvəllər Çində oyun sənayesində tanınmış iş adamı Xu Bonun keçmiş sevgilisinin 300 uşağı səbəbindən borcunu ödəməkdən imtina etdiyi bildirilirdi.
Qadın uşaqlarının əksəriyyətinin hətta qeydiyyatda olmadığını bildirib.
Nazlı Almuradova