...Tədqiqat elm adamlarından ibarət fənlərarası bir qrupun yaradılmasını və bir sıra laboratoriya analizlərini tələb edib. Əsas məsələ gilin kimyəvi tərkibində idi.
İtaliya və Yunanıstandan olan bir qrup alim qədim dövrlərdə dərman və kosmetika kimi istifadə edilən Umbriya gilini araşdırıb...
...Və 2000 il əvvəl Böyük Plini tərəfindən təsvir edilən, geyimlərə parıltı vermək, parçaları ağartmaq üçün istifadə edildiyini bildirən bir maddə aşkar edib.
SİA xəbər verir ki, tədqiqatın nəticələri Arxeoloji və Antropoloji Elmlər jurnalında dərc edilib.
Laboratoriya analizləri göstərib ki, Terra di Nocera, yüksək səviyyədə kalsit və smektitlərə görə, həqiqətən də tibbdə və tekstil emalında uğurla istifadə edilən təsirli bir vasitə ola bilər.
Mövcudluğuna görə yerli sakinlər min illər boyu ondan istifadə ediblər.
Nazlı Almuradova