Heqset, Maduroya ultimatum verdi...

21 Dekabr 2025 21:45 (UTC+04:00)

...ABŞ, Prezident Nikolas Maduro rejimi "bütün oğurlanmış Amerika aktivlərini" qaytarana qədər Venesueladan gedən tankerləri saxlamağa davam edəcək.

SİA xəbər verir ki, ABŞ-ın Hərbi Katibi Pit Heqset bunu X-də açıqlayıb.

...Prezident Tramp açıq şəkildə bildirib: Venesuelaya gedən və ya icazəli neft daşıyan tankerlərin blokadası Maduronun cinayətkar müəssisəsi bütün oğurlanmış Amerika aktivlərini qaytarana qədər tam qüvvədə qalacaq.

Bunu Heqset yazıb və əlavə edib ki, ABŞ icazəli neft daşıyan tankerləri ələ keçirmək üçün "sərt-tələsik" dəniz əməliyyatları aparacaq və "zorakılıq, narkotik və xaos" Qərb yarımkürəsini idarə etməyəcək.

...Müharibə Nazirliyi, Sahil Mühafizəsi tərəfdaşlarımızla birlikdə, bu qanunsuz cinayətkar şəbəkələri dağıtmaq üçün "Cənubi nizə" əməliyyatının bir hissəsi olaraq dənizdə qadağan əməliyyatları aparacaq

Bunu da ABŞ Hərbi Katibi yazıb.

Qeyd edək ki, 20 dekabrda ABŞ Sahil Mühafizəsi Venesuela sahillərində başqa bir neft tankerini ələ keçirib. Görüntülərlə bağlı şərh verən ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem vurğulayıb ki, Vaşinqton "bölgədə narko-terrorizmi" maliyyələşdirən sanksiyalı neftin qanunsuz daşınmasını davam etdirəcək.

Əli Babayev