Cənubi Koreya nəhəngi Hyundai Rusiya bazarına qayıdışa hazırlaşır...

21 Dekabr 2025 22:23 (UTC+04:00)

...2022-ci ildə Rusiyadan çıxmasına baxmayaraq, Cənubi Koreya avtomobil istehsalçısı Hyundai, bu ilin noyabr-dekabr ayları arasında 36 ticarət nişanı qeydiyyatdan keçirərək Rusiya bazarına davamlı maraq göstərir.

SİA-nın məlumatına görə, bu qeydiyyatdan keçmiş adlar arasında Genesis, Aerotown, Staria və Mocran kimi tanınmış modellər və brendlər var.

Maraqlıdır ki, qeydiyyat ərizələri Rospatentə 2024-cü ilin iyul-sentyabr ayları arasında birbaşa Cənubi Koreyadan təqdim edilib.

Onların əksəriyyəti beynəlxalq təsnifatın 12 və 35-ci siniflərinə aiddir və geniş çeşiddə avtomobil məhsulları və ehtiyat hissələrini əhatə edir.

Qeydiyyatdan keçmiş ticarət nişanları müraciət tarixindən etibarən 10 il müddətində qüvvədədir və bu, şirkətin Rusiya bazarı üçün uzunmüddətli planlarını nümayiş etdirir.

TASS müxbirinin bu barədə məlumat əldə etdiyinə görə, 2025-ci ilin noyabr ayında Hyundai, o cümlədən Hyundai Solati, Atos və Porter də daxil olmaqla on ticarət nişanı qeydiyyata alıb ki, bunlar da 2034-cü ilə qədər qüvvədə olacaq.

Xatırladaq ki, Hyundai əvvəllər Sankt-Peterburqda avtomobil zavoduna sahib idi və 2022-ci ilin mart ayında logistika problemləri səbəbindən bağlanmışdı.

Zavod Hyundai Solaris, Hyundai Creta, Kia Rio və Kia Rio X-Line kimi məşhur modellər istehsal edirdi.

Zavod hazırda Rusiyanın Art-Finance şirkətinə məxsusdur. Ticarət nişanlarının qeydiyyatı brendin bazara qayıtma ehtimalını göstərə bilər.

Nazlı Almuradova