Magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

21 Dekabr 2025 15:57 (UTC+04:00)

Dekabrın 22-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.