...Bir il əvvəl 7 yaşlı oğlanın valideynləri oğullarının tipik, aktiv bir uşaq olduğunu və yaşına uyğun olaraq inkişaf etdiyini bildirmişdilər, lakin 6 yaşında o, sürətlə zəifləməyə başladı.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, həkimlər dəhşətli bir diaqnoz elan etdilər: Düşen əzələ distrofiyası. Bu nadir genetik xəstəlik əzələ liflərini yavaş-yavaş məhv edir, əzələləri tamamilə atrofiyaya uğrayana qədər tədricən zəiflədir və 15 yaşına çatanda xəstələr tamamilə hərəkətsiz qalırlar.
Oğlanı xilas etməyin yeganə şansı 240 milyon rubl dəyərində dərman idi.
Bu məbləği toplamaq üçün oğlanın atası 60 şəhərə səyahət etdi, abidələrin fonunda videolar çəkdi və ailəsinin faciəsinin hekayəsini danışdı.
Minlərlə insan ianə toplama tədbirinə qoşuldu və 10 ay ərzində tələb olunan bütün məbləğ toplandı və oğlan ailəsi ilə BƏƏ-yə yollandılar.
...Və orada 16 dekabrda çoxdan gözlənilən prosedurdan keçdi. O, ertəsi gün xəstəxanadan buraxıldı; indi özünü yaxşı hiss edir və reabilitasiyaya hazırlaşır.
Nazlı Almuradova