Tərtərdə 1 nəfər kanalda batıb

21 Dekabr 2025 10:51 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə SİA-ya FHN-dən xəbər verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.