Aktyor Nikolay Denisov vəfat edib

21 Dekabr 2025 09:29 (UTC+04:00)

Aktyor Nikolay Denisov vəfat edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Sınıq işıqlar küçələri" teleserialındakı rolu ilə məşhurlaşan sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov dekabrın 19-da 80 yaşında vəfat edib.

Aktyorluqla yanaşı, Nikolay Denisov şair olub, Valeri Leontyevin "Mən canlıyam", "Kabare", "Çeri" və digər mahnılarının sözlərini yazıb.