Tiaqo Silva 41 yaşında “Portu”ya keçib

20 Dekabr 2025 22:39 (UTC+04:00)

Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda tapıb.

SİA xəbər verir ki, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu” komandasına keçib.

Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə sözləşməni daha 6 ay uzada bilər.

Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense” klubunda oynayıb.