Qəzza: Müharibəyə çağırış kimi kollektiv toy..?

21 Dekabr 2025 05:23 (UTC+04:00)

...Hərbi əməliyyatların dayandırılmasından bəri ən böyük kollektiv toy mərasimi Qəzza zolağının mərkəzi hissəsindəki əl-Zavayda kəndində baş tutub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iki illik müharibənin dağıdıcı nəticələrinə baxmayaraq, 200-dən çox gəlin və bəy nikaha giriblər.

Toy Türkiyə Ər-Ribat Fondunun dəstəyi ilə "Dağıdıcılığa baxmayaraq həyatı sevirik" şüarı altında keçirilib.

Sevinc və ənənəvi Fələstin mahnıları atmosferində yeni evlənənlər və onların ailələri kütləvi dağıntılardan eləcə də həyat itkilərindən sonra normal həyat hissini bərpa etməyə çalışıblar.

İştirakçıların və təşkilatçıların fikrincə, tədbir bir çoxu yaxınlarını və evlərini itirən Qəzzalıların dözümlülüyünün və yaşamaq iradəsinin simvoluna çevrilib.

Təşkilatçılar kollektiv toyun ümid mesajı və fələstinlilərin yaşamaq və gələcək hüquqlarının, yaşadıqları faciəyə baxmayaraq, yenidən təsdiqlənməsi olduğunu vurğulayıblar.

Əli Babayev