Putin “Maşenka” çörək sexindən hədiyyə olaraq gətirilən piroqun dadına baxdı

21 Dekabr 2025 03:24 (UTC+04:00)

...Rusiya Prezidenti Vladimir Putin Lyubertsidəki Maşenka çörək sexinin sahibi Denis Maksimovun ona hədiyyə olaraq göndərdiyi çörək məhsullarının dadına baxdı.

...Denis Vladimiroviç, hədiyyələr üçün çox sağ olun. Söz verdim ki, yaxşılığınızı qarşılayacağam. Sizə Yeni iliniz mübarək olsun! Ən xoş arzularımı çatdırıram. Çox sağ olun!..

SİA-nın məlumatına görə, bunu Putin deyib.

Qeyd edək ki, daha əvvəl, "Vladimir Putinlə ilin icmalı" verilişində prezident sahibkardan vergi qanunvericiliyindəki yeni dəyişikliklər barədə soruşduqdan sonra “Maşenka” çörək sexindən "dadlı bir şey" istəmişdi.

...“Maşenka”nızın uğurlarını arzulayıram. Bəlkə dadlı bir şey göndərə bilərsiniz? Mən də öz növbəmdə hökumətlə məsələni həll etmək üçün işləyəcəyəm, - deyə Vladimir Putin bildirmişdi.

...Maksimov səkkiz ildir ki, biznesini idarə edir və bütün bu müddət ərzində patent vergi sistemindən istifadə edir. 2026-cı ildən etibarən o və digər sahibkarlar ƏDV ödəməli olacaqlar. İş adamı vergi dəyişikliklərinin onun biznesi üçün əlavə xərclərə səbəb olacağından narahat idi.

Daha sonra çörək sexinin sahibi prezidentə evdə hazırlanmış piroq və çörək göndərəcəyinə söz verdi...

Nazlı Almuradova