Premyer Liqa: “Zirə” xal itirib

20 Dekabr 2025 19:07 (UTC+04:00)

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, “Zirə” evdə “İmişli” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Günün ilk matçında “Neftçi” “Karvan-Yevlax”a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun daha əvvəl reallaşan oyununda "Turan Tovuz" "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.