Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İspaniyaya 82 min 575,87 ton xam neft ixrac edib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 38 milyon 585,23 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə 3 dəfə, dəyəri isə 3,7 dəfə azdır.
İspaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 0,37 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 11 milyard 514 milyon 966,53 min ABŞ dolları olan 22 milyon 132 min 445,56 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb.