...Rusiya Maliyyə Nazirliyi 1 yanvar 2026-cı il tarixindən etibarən tərkibində spirt miqdarı (ABV) 28 faizdən çox olan spirtli içkilərin minimum pərakəndə satış qiymətlərini (MRP) təsdiqləyib.
Xüsusilə, 0,5 litr arağın qiyməti 409 Rusiya rublu olacaq. SİA-nın məlumatına görə, nazirliyin əmri rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Sənəddə bildirilir ki, şərab, üzüm, meyvə, konyak, kalvados, viski və ən azı üç il saxlanılan rom distillatlarından hazırlanmış 0,5 litr brendi və digər spirtli içkilərin minimum qiyməti 605 rubl olacaq.
Ən azı üç il saxlanılan distillatlardan hazırlanmış konyak və viskinin qiyməti ən azı 755 Rusiya rublu olacaq.
2025-ci ildə arağın minimum pərakəndə satış qiyməti 349 Rusiya rublu, brendinin qiyməti 472 Rusiya rublu və konyakın qiyməti 651 Rusiya rublu olub.
Bundan əlavə, Rusiya Maliyyə Nazirliyinin başqa bir əmrində deyilir ki, 2026-cı ildən etibarən etil spirtinin minimum alış qiyməti litr üçün 84 rubl olaraq müəyyən ediləcək.
Hər iki sənəd 2026-cı il yanvarın 1-də qüvvəyə minəcək, lakin rəsmi dərc edildikdən 10 gündən tez olmayaraq.
Onlar 2031-ci il dekabrın 31-dək qüvvədə qalacaq.
Əli Babayev