ABŞ Maduronun yaxın ətrafına qarşı sanksiyalar tətbiq etdi...

20 Dekabr 2025 22:34 (UTC+04:00)

...19 dekabr cümə günü ABŞ Nikolas Maduro rejimi ilə əlaqəli qohumlarına və əməkdaşlarına qarşı sanksiyalar tətbiq etdi. SİA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik ABŞ tərəfinin Maduronun yaxın çevrəsi və ailəsi ilə əlaqəli olduğuna inandığı yeddi şəxsə məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Onların arasında Venesuela liderinin həyat yoldaşının qardaşı oğlu Karlos Erik Malpika Floresin yaxın qohumları da var. ABŞ-ın məlumatına görə, o, ölkənin dövlət neft şirkətində korrupsiya sxemlərində iştirak edib.

Maduronun həyat yoldaşının bacısı olan Floresin anası, eləcə də atası, bacısı, həyat yoldaşı və qızı da sanksiyalara məruz qalıb.

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, bu şəxslər Maduronun "cinayətkar narko-dövləti"ni dəstəkləməyə kömək edirlər.

Əli Babayev