Festival çərçivəsində xüsusi mini futbol turniri start götürdü... -FOTOLAR

21 Dekabr 2025 13:05 (UTC+04:00)

20 dekabr tarixində AFFA, Azərbaycan Mini Futbol Federasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyin, Azfargroup, BrendSport.az saytının təşkilatçılığı və Avtomega, Cəngi Spa və Sağlamlıq Mərkəzinin, Hoqqa, Araz Supermarketlər Şəbəkəsinin, Seallezioni, Natural Halı, Azərçay, Aquavita, Full, Ofisa və Ontopun dəstəyi ilə və İnformasiya dəstəyləri Səs İnformasiya Agentliyinin, CBC Sportun, Az-Tv, İdman-Tv, Speace-Tv, ATV-nin, ARB-nin, Real-Tv və digər KİV-lərin dəstəyi ilə, Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalı çərçivəsində xüsusi mini futbol turniri keçiriləcək.

SİA-nın verdiyi məlumata görə, turnir, həmçinin 150 illiyi tamam olmuş Azərbaycan milli mətbuatının il üzrə son tədbiri olmaqla yanaşı, Azərbaycanın ictimai-siyasi xadimi, jurnalist və millət vəkili olmuş mərhum Qənirə Paşayevanın 50 illik xatirəsinə ithaf olunur.
Bu gün turnirin açılış mərasimində Qazilər komamdası ilə İncəsənət nümayəndələri arasımda simvolik oyun baş tutdu. Oyunun nəticəsi 6-6 hesabı ilə yekunlaşdı.
Turnirin digər oyunları 22, 23, 24 dekabr tarixlərində baş tutacaq.

Yarışda qazilər, KİV nümayəndələri (jurnalistlər, fotoqraflar, TV əməkdaşları və s.), incəsənət nümayəndələri (aktyorlar, aktrisalar, müğənnilər, modellər və s.), eləcə də Avropa, dünya və olimpiya çempionları, müxtəlif sahələrdən tanınmış ictimai şəxslər iştirak edəcəklər.