Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb -FOTOLAR

20 Dekabr 2025 13:18 (UTC+04:00)

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb. SİA xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.