Azərbaycan Basketbol Liqasının X turunda bu gün daha iki görüş baş tutacaq. SİA-nın məlumatına görə, əvvəlcə Şəki Olimpiya İdman Kompleksində yerli komanda "Gəncə"ni sınağa çəkəcək.
Daha sonra isə Bakı İdman Sarayında "Sabah" "Abşeron Lions"la münasibətlərinə aydınlıq gətirəcək.
A qrupunun oyunları müvafiq olaraq saat 14:00-da və 19:00-da başlayacaq.
"Abşeron Lions" 17 xalla birinci yerdə qərarlaşıb. 16 xala malik "Sabah" ikincidir. "Gəncə" 12 xalla üçüncü, 11 xala malik "Şəki" isə beşinci sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" isə "Lənkəran"ı (84:72) məğlub edib. X tura dekabrın 21-də yekun vurulacaq.