Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turunda bu gün daha iki oyun keçiriləcək. SİA-nın məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
"Karvan-Yevlax" Yevlax şəhər stadionunda "Neftçi" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.
"Neftçi" 17 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.
Günün ikinci qarşılaşmasında isə "Zirə" "İmişli"ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti saat 16:30-da səslənəcək.
27 xalı olan "Zirə" turnir cədvəlində 5-cidir. "İmişli" isə 16 xalla 9-cudur.
Misli Premyer Liqası
II dövrə, XVI tur
20 dekabr
14:00. "Karvan-Yevlax" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Yevlax şəhər stadionu
16:30. "Zirə" – "İmişli"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq