...Amerikalı jurnalist və Prezident Corc Buşun keçmiş nitq yazarı Devid Frumun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiyanın tərəfini tutub.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu açıqlamanı The Hub podkastında verib.
O qeyd edib ki, “...heç bir tərəddüd yoxdur. Onlar Rusiyanın tərəfindədirlər. Və onlar Rusiyaya üstünlük verən vasitəçi olmaqdan Rusiyanın nöqteyi-nəzərindən birbaşa müttəfiq olmağa doğru irəliləyirlər".
Frumun sözlərinə görə, amerikalılar hazırda Trampla Rusiya arasındakı "münasibətlərin miqyasını anlamaqda çətinlik çəkirlər".
Jurnalist qeyd edib ki, Tramp və onun "yüksək rəhbərliyi" Ukraynaya yardımı "bacardıqları hər yerdə" bloklayırlar, buna görə də Tramp Rusiyayönlü mövqe tutub.
Əli Babayev