...Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) uzunmənzilli dronları Xəzər dənizində “Lukoil” şirkətinə məxsus üçüncü Rusiya neft hasilatı platformasına zərbə endirib.
SİA xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə bu barədə RBC-Ukraynaya məlumat verib.
Ukrayna Təhlükəsizlik Xidməti mənbəyinin sözlərinə görə, bu dəfə zərbə Rusiyanın “Lukoil” şirkətinə məxsus Rakuşeçnoye (Valeri Qreyfer) yatağında yerləşən qazma qurğusuna yönəlib.
Dronun bort kamerası platformanın qaz turbin qurğusuna uğurlu zərbəni qeydə alıb ki, bu da onun fəaliyyətinin vacib hissəsidir.
Ukrayna Təhlükəsizlik Xidməti dronları əvvəllər Xəzər dənizindəki Filanovski və Korçagin yataqlarında buza davamlı neft hasilatı platformalarına zərbə endirib. Yaranan zərbə bu obyektlərdə istehsal proseslərinin dayandırılmasına səbəb olub.
Əli Babayev