Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib

19 Dekabr 2025 18:10 (UTC+04:00)

Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü bayramları ərəfəsində Qırğız Respublikasının ölkəmizdəki səfiri Maksat Mamıtkanov və nümayəndə heyəti Ağdam rayonunun Xıdırlı kəndində, Ayköl Manas adına tam orta məktəbdə olublar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov səfir Maksat Mamıtkanov və qonaqları Qırğız Respublikası tərəfindən hədiyyə olaraq tikilən məktəblə tanış edib. Qonaqlar daha sonra məktəbin şagird və pedaqoji kollektivi ilə görüşüb, şagirdlərinin hazırladığı mahnı və rəqsləri izləyiblər.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafından söz açıb, bu baxımdan məktəb layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Manas Dastanı Günü və Beynəlxalq Dağlar Gününə həsr olunmuş tematik mühazirə oxunub. Məktəbə Manas haqqında Azərbaycan dilində kitablar təqdim olunub.

Səfir Maksat Mamıtkanov məktəb kollektivi ilə görüşü zamanı “Manas” dastanı və onun qırğız xalqının tarixində və mədəniyyətində əhəmiyyəti haqqında söhbət açıb. O, həmçinin Beynəlxalq Dağlar Gününün bir hissəsi kimi dağların əhəmiyyəti və onların ətraf mühitin, mədəniyyətin və davamlı inkişafın qorunmasında rolu barədə çıxış edib.

Nümayəndə heyəti görüşün sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şagirdlərə hədiyyələr təqdim edib və Manasın doğulduğu Talas əyalətində yetişdirilən lobyaları simvolik hədiyyə olaraq kənd sakinlərinə veri