...2025-ci ilin əvvəlindən dekabrın əvvəlinə qədər Polşada qeyri-polyak ailələrdə 18.170 uşaq dünyaya gəlib.
SİA-nın məlumatına görə, Rzeczpospolita Rəqəmsallaşdırma Nazirliyinin statistikasına istinadən xəbər verir.
2024-cü ildə əcnəbilərdən 19.730, 2023-cü ildə 20.770 və 2022-ci ildə 19.570 uşaq dünyaya gəlib.
Bu, Ukraynadan çoxlu qaçqının Polşaya gəlməsi ilə bağlı bir dönüş nöqtəsi olub.
Müqayisə üçün, 2021-ci ildə əcnəbilərdən cəmi 11.860 uşaq dünyaya gəlib.
Belaruslular ukraynalılardan sonra ikinci yerdədirlər. 2020-ci ildə ilk üçlük fərqli görünürdü: ukraynalılar birinci, italyanlar ikinci, Britaniya vətəndaşları isə üçüncü yerdə idi.
Bunlar, çox güman ki, İtaliya və Britaniyaya köçən polyak mühacirlərinin uşaqlarıdır.
Lakin 2021-ci ildən bəri vəziyyət dəyişib. 2020-ci ildən sonra böyük bir mühacirət dalğası belarusluları ikinci yerə itələyib. Türkiyə vətəndaşları hazırda üçüncü yeri tutur ki, bu da həm iqtisadi, həm də siyasi amillərlə izah olunur: 2016-cı ildə ölkə uğursuz çevriliş cəhdi ilə üzləşdi və nəticədə siyasi təqiblər baş verdi.
Əli Babayev