Süni intellekt Nyu-York şəhəri qədər karbon qazı buraxır...

19 Dekabr 2025 20:43 (UTC+04:00)

...2025-ci ilə qədər süni intellekt Nyu-York şəhəri qədər karbon qazı (CO2) buraxacaq və onun su istehlakı qlobal butulka suya olan tələbatı üstələyəcək.

SİA xəbər verir ki, bu, hollandiyalı alim Aleks de Vries-Qonun "Patterns" jurnalında dərc olunmuş tədqiqatına əsasəndir.

Yeni məlumatlara görə, süni intellekt sistemləri bir ildə 32,6 milyon ilə 79,7 milyon ton arasında CO2 buraxıb və 312,5 ilə 764,6 milyard litr arasında su istifadə edib.

Vries-Qaonun sözlərinə görə, bu tədqiqat təkcə məlumat mərkəzlərinin deyil, süni intellektin təsirini ölçən ilk tədqiqatdır.

Daha əvvəl bildirilmişdi ki, Amerika pərakəndə satış şirkəti olan Amazon, süni intellektin inkişafı üçün Hindistana 35 milyard dollar investisiya yatırmağı planlaşdırır.

Əli Babayev