"Qarabağ"ın qapıçısı 4-6 aylıq sıradan çıxıb

19 Dekabr 2025 17:01 (UTC+04:00)

"Qarabağ"ın bud-çanaq oynağından əməliyyat olunan qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicə-bərpa müddəti bəlli olub.

Bu barədə SİA-ya Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qolkiper 4–6 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.

Ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınan "Sabah"la matçda zədələnən yarımmüdafiəçi Joni Montiel isə arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Komandanın digər üzvü Kadi Borqes isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvarda fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam edir.