Milli Məclisin növbəti plenar iclası dekabrın 23-də keçiriləcək

19 Dekabr 2025 14:15 (UTC+04:00)

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 23-də keçiriləcək.

SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.