“66 mindən çox göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb” - Vüqar Qurbanov

19 Dekabr 2025 13:07 (UTC+04:00)

”2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrindən 72 718 göndəriş “e-TABİB” Xəstəxana İdarəetmə Sisteminin “Forma-088” moduluna daxil edilib və imzalanıb”.

SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, əlavə olaraq 66 362 göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb:

“Əlilliyi olan şəxslərin göndərişlərin (“Forma-088”) yazılmasında şəffaflığın və operativliyin təmin olunması məqsədilə instrumental və laborator müayinələrin nəticələrinin “Forma 088” moduluna avtomatik olaraq inteqrasiya edilməsi təmin edilib”.