“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xidmətlər Zərfinin əhatə dairəsi ildən-ilə genişlənib”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı əvvəlki illərlə müqayisədə 2 550-dən 3 315-ə qədər artırılıb:
“Bu, vətəndaşlara daha çox çeşiddə tibbi xidmət alma imkanı yaradıb və xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsini sığorta təminatına daxil etməklə, əhalinin real sağlamlıq göstəricilərinə müsbət təsir göstərib.
Qeyd etməliyəm ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan 6 171 tibbi xidmət və diaqnozun 6 131-i, yəni 99 faizi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur”.