“2025-ci ilin sonuna olan statistikaya görə, ölkə üzrə ümumilikdə 1 772 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb”.
SİA xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Son illərdə hemofiliya sahəsində ən vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil edilməsidir. Bu baxımdan “Emicizumab” xüsusi qeyd olunmalıdır. Dünyada hemofiliyanın profilaktik müalicəsində inqilabi hesab olunan bu preparat klassik faktor əvəzedici müalicədən fərqli olaraq, laxtalanma mexanizmini davamlı şəkildə dəstəkləyir, istifadəsi rahatdır və qanaxma tezliyini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb”.