Saatlıda pirotexniki vasitələr satan şəxs saxlanılıb

19 Dekabr 2025 12:29 (UTC+04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən K.Aliyev saxlanılıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, həmin şəxsin idarə etdiyi avtomobildən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.