"Avropa Parlamenti Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini pozmaq və əməkdaşlığa əngəl törətmək istəyir". SİA-nın verdiyi məlumata görə, bu sözləri birinci vitse-spiker Əli Əhmədov Milli Məclisdə plenar iclasında deyib.
Onun sözlərinə görə, bu yanaşma Avropa Parlamentinin anti-Azərbaycan meyillərinin formalarından biridir: "Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq qruplarla birgə, müxtəlif ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, həmin ölkələrdə məqsədyönlü şəkildə təxribatlar, zorakı çevrilişlər və qeyri-sabitlik yaratmağa yönəlmiş cəhdlər göstərir. Təbii ki, heç bir dövlət buna imkan verməz və Azərbaycan da istisna deyil".