Prezident Donald Trampın göstərişi ilə ABŞ Yaşıl Kart (Green Card) lotereyasını dayandırır.
SİA xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib.
Səbəb bu yaxınlarda Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma törədən Klaudio Manuel Neves Valentedir.
Hakimiyyət orqanlarının məlumatına görə, o, 2017-ci ildə Yaşıl Kart lotereyasında yaşıl kart qazandıqdan sonra ABŞ-a daxil olub.
…Bu alçaq şəxs heç vaxt ölkəmizə buraxılmamalı idi. 2017-ci ildə Prezident Tramp Nyu-York şəhərində DV1 proqramı (Yaşıl Kart lotereyası – red.) vasitəsilə daxil olan İŞİD terrorçusu səkkiz nəfərin üzərinə yük maşını çırpdıqdan sonra proqramı dayandırmaq üçün mübarizə aparıb. Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə DV1 proqramını dayandırmağı tapşırıram ki, bu fəlakətli proqramdan daha çox amerikalı zərər görməsin, - deyə Kristi Noem bildirib.
Əli Babayev