"Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri siyasi alver nümunəsidir" - KAMRAN BAYRAMOV

19 Dekabr 2025 11:48 (UTC+04:00)

"Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diktə etməyə haqqı belə yoxdur". SİA-nın verdiyi məluçata görə, bu sözləri millət vəkili Kamran Bayramov Milli Məclisdə plenar iclası zamanı deyib.

Onun sözlərinə görə, artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir: "Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır. Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, "demokratiya", "insan hüquqları" və "qanun aliliyi" pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır. Lakin biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır".