"Avropa Sülhü Fondu" adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir" - RİZVAN NƏBİYEV

19 Dekabr 2025 11:37 (UTC+04:00)

"Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir". SİA-nın verdiyi məlumata görə, bu sözləri millət vəkili Rizvan Nəbiyev Milli Məclisdə plenar iclası zamanı deyib.

Onun sözlərinə görə, təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir: "Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə "Avropa Sülhü Fondu" adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir".