AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti yüksək qiymətləndirilib

19 Dekabr 2025 11:07 (UTC+04:00)

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib.

Bu barədə SİA-ya milli assosiasiyadan məlumat verilib.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.