Lukaşenko səhhətinin yaxşı olduğunu bildirib...

19 Dekabr 2025 06:23 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko özünü yaxşı hiss etdiyini bildirib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Prezident bunu 7-ci ÜmumBelarus Xalq Assambleyasında Belarus xalqına və parlamentinə müraciəti zamanı vətəndaşları əmin edib.

...Özümü yaxşı hiss edirəm. Narahat olmayın, - deyə prezident ona verilən sualı cavablandırarkən bildirib. Lukaşenko həmçinin qeyd edib ki, assambleyadakı uzun çıxışı səbəbindən səsi bir az xırıltılı olub.

Əli Babayev