Platforma eksklüziv dünya miqyaslı hüquqlar əldə edəcək...

18 Dekabr 2025 20:34 (UTC+04:00)

...SİA xarici qaynaqlara istinadən xəbər verir ki, The Hollywood Reporter-in məlumatına görə, Amerika Kino Akademiyası 2029-cu ildən başlayaraq 2033-cü ilə qədər davam edəcək eksklüziv qlobal yayım müqaviləsi çərçivəsində “Oskar” mükafatlandırma mərasiminin yayımını ABC-dən YouTube-a köçürəcək.

Saziş YouTube-a mərasimi canlı və pulsuz olaraq, o cümlədən qırmızı xalça və pərdəarxası məzmunu ABŞ-dakı qlobal auditoriyaya, eləcə də YouTube TV abunəçilərinə yayımlamaq üçün eksklüziv dünya miqyaslı hüquqlar verir.

Verilən məlumata görə, ABC, 100-cü mərasimin keçiriləcəyi 2028-ci ilə qədər Oskar mükafatlandırma mərasimini ABŞ-da yayımlamaq hüququnu özündə saxlayacaq.

YouTube ilə bağlanan müqavilə, 2016-cı ildə 2028-ci ilə qədər uzadılmış uzunmüddətli müqavilə çərçivəsində “Oskar” mükafatlandırma mərasiminin ABC-də təxminən 50 illik yayımına son qoyacaq.

Nazlı Almuradova