Azərbaycan və İordaniya əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

18 Dekabr 2025 15:50 (UTC+04:00)

Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və İordaniya Ticarət-Sənaye Palatasının sədri Xəlil Əl-Həc Taufik əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

SİA xəbər verir ki, bu barədə səfirlik "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan və İordaniya arasında ticari-iqtisadi münasibətlərin hazırkı vəziyyəti, həmçinin, əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub", - məlumatda bildirilib.