“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın etibarlı tərəfdaşıdır, regional partniyorlarından biridir. Azərbaycanarasında tarixi, mədəni, dini əlaqələr olduqca yüksək vəziyyətdədir. İndidə uğurla davam etdirilir”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərine görə, 44 günlük vətən müharibəsi və antiteror əmliyyatlarında əməkdaşlığın formatı daha da inkişaf etdirildi:
“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana innovativ əlaqələrdə , o cümlədən, investisiya yatırımında olduqca yaxından maraqlanır, prinsip etibarı ilə rəsmi Bakının investisiyaya açıq olduğu, xarici investisiyanın ölkəyə cəlb olunmasında çalışdığı bariz şəkildə bəllidir. Lakin bununla belə gələcək investisiyanın aslılıq yaratmaması, qarşılıqlı maraq və fayda təmin etməsi üçün daha etibarlı tərəfdaşlara ehtiyac var. İstər bərpa prosesi, istər qayıdış prosesi, gestratejik regional layihələrin investisiyaya cəlbi baxımından Birləşmiş ərəb əmirliklərinin ciddi perespektivi var. Eyni zamada bir çox startap layihələri var , yenilikçi trendlərin həm təbiqi sahsində həm cəlbi və investisiya yatırımı sahəsində böyük təcrübəyə malik ölkədir. Siyasi əməkdaşlıqlarımız da davam edir. Beynəlxalq təşkilatlarda, o cümlədən siyasi proseslərə yanaşma tərzində BƏƏ ilə Azərbaycan arasında ciddi təmaslar və əməkdaşlıq mövcuddur. Əbu Dabidə keçirilən görüş zamanı Azərbaycanla Ermənistan liderlərinin görüşündən sonra Vaşinqtonda görüş təşkil edildi. Sülh prosesində də BƏƏ təkanverici qüvvə kimi pay sahibi oldu. Cənab Prezidentin də BƏƏ-ə səfəri təsadüfi deyil. Yeni layihələrin müzakirəsi, addımların qarşılıqlı şəkildə təyin edilməsi baxımından da mühim idi. BƏƏ Ərəb coğrafiyasında ən etibarlı tərəfdaşlarımızdandır”